Ekonomiks 12:28 28.10.2022

Mərkəzi Bank qərar verdi: Manatı nə gözləyir?

"Mərkəzi Bankın uçot dərəcəsinin artırması ilə bağlı qərarının manata birbaşa təsir yoxdur”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert bildirib ki, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir:

"Yəni, iqtisadi katiqoriya deyil, daha çox neft qiymətlərinə bağlıdır. Azərbaycan manatı "kağız neftdir”. Nə qədər ki, neftin qiyməti yüksəkdir, Azərbaycan manatına böyük bir basqı yoxdur və ola da bilməz”. 

Ekspert hesab edir ki, neft qiymətləri yüksək olduğu müddətcə, Mərkəzi Bank manatın indiki məzənnəsini uzun müddət saxlamağa çalışacaq. 

Bahar Rüstəmli