Ölkə 21:30 20.12.2022

Mərkəzi Bankın sədri iqtisadçı-ekspertlərlə görüşdü

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkədəki iqtisadçı-ekspertlərlə görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə görüşdə iştirak etmiş Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, görüşə həmçinin həmkarları - Rövşən Ağayev, Seymur İbadov, Natiq Cəfərli, Elşad Məmmədov, Xalid Kərimli və Sevil Mikayılova, habelə AMB-nin 9 əməkdaşı qatılıb.

"Çox səmimi və məhsuldar görüş oldu. Dövlət qurumları arasında belə təşəbbüs göstərən hələ olmamışdı. Ən əsası da o idi ki, məqsəd piar-filan deyildi. Maliyyə bazarlarına (bank, sığorta, qiymətli kağızlar) dair xeyli məsələni (xarici valyuta alışı üzrə 20000 manatlıq limit məsələsi xüsusi yer aldı) müzakirə etdik. İştirakçılar arasında yeganə hüquqşünas-iqtisadçı olduğum üçün qanunvericilik məsələlərini də qaldırdım. Sədr bütün sual və problemlərə dolğun, səmimi və peşəkar cavablar verdi, açıq qalan məsələlərin əlavə araşdırılacağını bildirdi. Belə görüşlə