Video 17:50 29.09.2022

Məşhur azərbaycanlı da Rusiyanı tərk etdi (VİDEO)

Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov daimi yaşayış yerini tərk edib.

Qaynarinfo xəbər verir ki, gömrük məntəqəsindəki kompüterdən çəkilən fotoda Azərbaycan əsilli blogerin Rusiyanı tərk etdiyi görünür.

Bir neçə saat sonra isə Hüseyn Həsənov öz İnstaqram səhifəsinin hekayə bölməsində hava limanından video paylaşaraq "bir neçə günlük atamın yanına və sonra geriyə evə” cümləsini yazıb.

Blogerin yerləşdirdiyi məlumatlardan onun Azərbaycanda olduğu ehtimal edilir.