İdman 18:35 07.12.2023

Məşhur braziliyalı oğlu ilə eyni komandada oynayacaq

Braziliya millisinin sabiq futbolçusu Felipe Melonun oğlu Davi "Fluminense" ilə müqavilə imzalayıb.

Qaynarinfo-nun məlumatına görə, A Seriyası təmsilçisi Davi ilə peşəkar müqavilə bağlayıb.

Braziliya klubu ilə 2024-cü ilin dekabrına qədər müqaviləsi olan Melo oyunlarda şans qazanacağı təqdirdə oğlu ilə eyni komandada oynaya biləcək.

Melo "Yuventus", "İnter", "Malyorka" kimi klublarla yanaşı 2011-2015-ci illərdə "Qalatasaray"da da forma geyinib. İlk dəfə 2009-cu ildə Braziliya millisinə dəvət alan Melo yığmada ümumilikdə 22 matçda meydana çıxıb, iki qola imza atıb.

Səbuhi Həsənov