Braziliyalı futbolçu Dani Alveş Barselonada gecə klublarının birində qadına qarşı cinsi təcavüz ittihamı ilə saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, təcrübəli müdafiəçi məhkəmədə ifadə verəcək.
Hadisə ötən ayın sonlarında Barselonanın "Sutton" adlı gecə klubunda baş verib. 39 yaşlı futbolçu İspaniya mətbuatına açıqlamasında adıçəkilən məkana getdiyini, amma günahsız olduğunu bildirib. O, açıqlamasında "Bu qadının kim olduğunu bilmirəm. Mən onun adını bilmirəm, tanımıram. Həyatımda heç vaxt görməmişəm”, deyə özünü müdafiə edib.
İspaniya mətbuatı "Sutton" adlı gecə klubunda baş verən hadisədə Alveş və cinsi təcavüzə məruz qaldığını iddia edən qadının 47 saniyə tualetdə birlikdə olduqlarını yazıb. İstintaqı aparan müstəntiqlərin görüntüləri qiymətləndirdiyi öyrənilsə də, 47 saniyəlik təcavüz iddiası İspaniyanın nüfuzlu media orqanlarından ABC kanalında yer alıb. Təcavüz iddiası ilə əlaqədar Alveşin adını dərc edən ABC, braziliyalı futbolçunun gecə klubunun VIP hissəsində dostları ilə rəqs edərkən əlini tualetə gedən qadının alt paltarına sıxdığını yazıb.
2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının ən yaşlı futbolçularından olan müdafiəçinin prosedura uyğun olaraq saxlanıldığı, onun barmaq izinin alınacağı və təkmil test üçün cinsi təcavüz iddiasını araşdıran məhkəməyə göndəriləcəyi öyrənilib. Həyat yoldaşı Joana Sanzın anasının ölümü ilə əlaqədar klubundan məzuniyyət götürən Alveşin həftənin əvvəlində İspaniyaya getdiyi məlum olub.
"Sevilya", "Barselona", "Yuventus", PSJ və "San Paulo" kimi nəhəng klublarda çıxış edən, hazırda Meksika təmsilçisi "Pumas"ın formasını geyinən Alveş ifadə vermək üçün Les Korts məhəlləsindəki məhkəmə binasına aparıldığı bildirilir.
Səbuhi Həsənov
Şərhlər