İdman 16:07 10.11.2022

Məşhur futbolçu DÇ 2022-də kimin çempion olacağı ilə bağlı proqnoz verdi

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı proqnoz verib.

Qaynarinfo-nun məlumatına görə məşhur veteran futbolçu DÇ 2022-də məhz Kamerun yığmasının çempion olacağıını deyib. Onun sözlərinə görə ölkəsinin yığması dünya çempionatını qazanan ilk Afrika təmsilçisi olmaq üçün hər şeyə qadirdir. 

Eto açıqlamasında "Kamerun dünya çempionatının finalına vəsiqə qazanacaq və biz Mərakeşi məğlub edib "Lusail" stadionunda titul qazanacağıq” - deyib.

Kamerun İsveçrə, Serbiya və beşqat dünya çempionu Braziliya ilə birlikdə G qrupunda yer alıb. "Şirlər" Qətər 2022-də ilk matçını noyabrın 24-də "Əl-Cənub" stadionunda İsveçrəyə qarşı keçirəcək.

Səbuhi Həsənov