İdman 10:35 13.10.2023

Məşhur futbolçu ilə bağlı həbs qərarı çıxarıldı - Vədini yerinə yetirmir

"Liverpul"un keçmiş ulduzu Daniel Starric üçün həbs qərarı verilib.
 
Qaynarinfo-nun məlumatına görə, Starriclə bağlı Los Anceles məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. "Daily Mail"in məlumatına görə, bunun səbəbi 2019-cu ilə təsadüf edir. Həmin vaxt ABŞ-da olan Starric itmiş itini tapan hər kəsə 30 min dollar mükafat veriləcəyini açıqlamışdı. Lakin onun iti tapılsa da, futbolçu ödənişi həyata keçirməyib.

Starricin itini tapan Foster Vaşinqton keçmiş yığma üzvünə kartının məlumatlarını göndərməsinə baxmayaraq ödənişi ala bilməyib və Los-Anceles məhkəməsinə müraciət edib. Məhkəməyə gəlməyən ingilis oyunçu haqda həbs qərarı çıxarılıb.
 
Məsələ ilə bağlı yeni məhkəmə iclası noyabrın 30-na təyin edilib.
 
Sonuncu dəfə 2022-ci ildə Avstraliya çempionatında "Pert Qlori"nin formasını geyinmiş ingilis futbolçu ötən il, 34 yaşında karyerasını bitirib. 
 
Səbuhi Həsənov