İdman 15:01 06.01.2023

Məşhur italiyalı futbolçu dünyasını dəyişdi

Məşhur italiyalı keçmiş futbolçu Canluka Vialli vəfat edib.
 
Qaynarinfo xəbər verir ki, veteran hücumçu 58 yaşında dünyasını dəyişib. O, mədəaltı vəzi xərçəngindən əziyyət çəkirdi. Uzun müddət sağalmaz xəstəliklə mübarizə aparan, ömrünün son günlərini xəstəxanada keçirən sabiq futbolçunun Milad bayramı ərəfəsində vəziyyəti pisləşib və həyatın itirib. 

Hücumçu "Çelsi” və "Yuventus”dakı oyunları ilə tanınmışdı.

Vialli 1985-1992-ci illərdə İtaliya yığmasının heyətində keçirdiyi 59 oyunda 16 qola imza atıb.
 
Səbuhi Həsənov