İdman 11:25 29.11.2023

Məşhur musiqiçiyə Fələstin klubunun forması hədiyyə olundu

Britaniyalı musiqiçi, "Pink Floyd" rok qrupunun solisti Corc Rocer Votersə Çiliyə səfəri zamanı Fələstin Futbol Klubunun forması hədiyyə edilib. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə klubun sosial media hesabında məlumat verilib. Klub rəsmiləri Fələstinə verdiyi dəstəyə görə Votersə təşəkkür edib. 

Britaniyalı musiqiçi və bəstəkar Uoters dünya turnesi çərçivəsində noyabrın 25-26-da "Monumental Stadium"da konsert verib. Konsertlər zamanı Fələstinə dəstək verən Voters, israillilər tərəfindən "anti-semit" elan edilib.

1900-cü illərdə Çiliyə köçən 500 minə yaxın fələstinli tərəfindən 1920-ci ildə Çilinin paytaxtı Santyaqoda qurulan "Club Deportivo Palestino", ölkə futbolunda köklü bir mövqeyə malikdir. Klub 1955 və 1958-ci illərdə iki dəfə çempion olub.

Bu səbəbdən əksəriyyəti Osmanlı İmperatorluğu vətəndaşı olan mühacirlər yeni ölkələrində "Los Turcos” adlandırılırdı.
 


Səbuhi Həsənov