Ölkə 19:19 05.12.2023

Məşhur polkovnikin məhkəməsinin vaxtı bəlli oldu - 9 milyonluq iddia

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin keçmiş rəisi Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə hazırlıq iclasının vaxtı bəlli olub. 

Qaynarinfo xəbər verir ki, iclas dekabrın 8-də Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçiriləcək. 

Rəşad Məlikzadə Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Rəşad Məlikzadə 9 milyon manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. 

Seyid