İdman 17:35 23.06.2022

Məşqçi idmançını ölümdən xilas etdi

Macarıstanın paytaxtı Budapeştdə keçirilən FINA Dünya Su Çempionatında amerikalı üzgüçü Anita Alvares suda huşunu itirib. İdmançı son anda məşqçisi tərəfindən xilas edilib.
 
Bu barədə Qaynarinfo "Reuters" xəbər agentliyinə istinadla xəbər verir
 
Sinxron üzgüçülük üzrə dördqat olimpiya mükafatçısı olan ispaniyalı Fuentes solo sərbəst final məşqinin sonunda Alvaresin dibə batdığını görəndən sonra hovuza atılıb. Fuentes bununla ikinci dəfədir ki, suda huşunu itirəndən sonra bu idmançını  xilas edir. Keçən ilki olimpiya seçmələri zamanı da Funetes hovuza tullanmış və həmkarı amerikalı üzgüçü Lindi Şröderlə birlikdə Anitanı sudan çıxarmışdı. 

"Yenə suya atladım, çünki gördüm ki, heç kim, heç bir xilasedici bunu etmir. O nəfəs almadığı üçün bir az qorxdum, amma indi yaxşıdır. İstirahət etməlidir",- deyə Anitanın məşqçisi deyib.  

Nurlan Hüseynov