İdman 22:43 01.12.2023

Messini autist adlandırdılar

"Sadəcə Messiyə baxın. Messi autistdir və o, dünyanın ən nüfuzlu adamıdır. Ona görə də mən autizmi xəstəlik hesab etmirəm”.

Bu sözləri Toni Hernandes Pumarexonun "YouTube” kanalında repçi Anuel AA "İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ilə ünsiyyətindən danışarkən deyib.

"Messini tanımıram, amma onunla üç dəfə vaxt keçirmişəm və ilk gördüyüm onun təvazökar insan olması oldu. Bu yolla onun necə gözəl insan olduğunu biləcəksiniz. Messinin necə insan olduğunu görəndə özündən utanırsan. O vaxtdan bəri daha yaxşı insan olmağa çalışıram”, - deyə reper bildirib.