Dünya 13:02 26.01.2023

"Meta" Trampın "Facebook" və "Instagram" hesablarını bərpa edəcək

"Meta Platforms Inc" yaxın həftələrdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Facebook" və "Instagram" hesablarını bərpa edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” məlumat verilir

Trampın hesabları 2021-ci il yanvarın 6-da tərəfdarlarının Kapitoliyə hücumundan sonra dayandırılıb.

"Yaxın həftələrdə biz cənab Trampın "Facebook" və "Instagram" hesablarının bloklanmasına son qoyacağıq. Təkrar qayda pozuntuların qarşısını almaq üçün yeni müdafiə vasitələri yaratdıq”, - texnologiya şirkətinin bəyanatında deyilir.

Şirkətin nümayəndələri bildiriblər ki, səsvermə zamanı məlumatlı seçim etmək üçün ictimaiyyət "siyasətçilərin dediklərini eşitməlidir”. Şirkət vurğulayıb ki, real dünyaya zərər vurma riski olduğu halda, Meta hələ də ictimai müzakirələrə müdaxilə etməyə hazırdır.

Şirkət qeyd edib ki, ABŞ-ın keçmiş prezidentinin sosial şəbəkələrdən "qovulması” fövqəladə şəraitdə qəbul edilmiş fövqəladə qərardır.

"Meta"nın Qlobal Məsələlər üzrə prezidenti Nik Kleq "Twitter"də bildirib ki, şirkət Donald Trampın hesablarının blokdan çıxarılması ilə bağlı istənilən qərarın ciddi şəkildə tənqid olunacağını bilir.

"Truth Social” platformasında öz hesablarının bərpasını şərh edən Tramp yazıb ki, "bu, heç vaxt vəzifədə olan prezident və ya qisas almağa layiq olmayan heç kimin başına gəlməməlidir”.

Noyabrın 20-də İlon Mask sosial şəbəkənin sahibi olduqdan sonra Donald Trampın "Twitter" hesabı blokdan çıxarılıb.

Nizami Bağırov