Ölkə 09:26 03.10.2022

Metrodan istifadə edənlərin nəzərinə - "Bakı Metropoliteni" məlumat yaydı

Bənövşəyi xətt üzrə qatarların hərəkəti müvəqqəti məkik prinsiplə təşkil edilir.

Bu barədə Qaynarinfo-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu, gələcəkdə istismara hazırlanan "Avtovağzal-Xocəsən" sahəsində işarəvermə sistemlərinin sınaq-tənzimləmə işləri ilə əlaqədardır:
"Sınaq işlərinin yekunu və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək", - B.Məmmədov bildirib.