İdman 09:55 15.01.2024

Milli komandanın hücumçusu "Neftçi"də

Bolqarıstanın "Lokomotiv" klubunun futbolçusu Alfa Konte "Neftçi"yə transfer olunub.

Qaynarinfo "Dsport"a istinadən xəbər verir ki, bu barədə Plovdiv klubunun icraçı direktoru Pavel Kolev məlumat verib.

Klub rəsmisi Syerra Leone millisinin hücumçusunun keçidində Azərbaycan klubu ilə anlaşdıqlarını təsdiqləyib. 23 yaşlı oyunçunun "ağ-qaralar"a transferi rəsmiləşdirmək üçün bu həftə Bakıya gələcəyi vurğulanıb.

Qeyd edək ki, ötən ilin yayında "Lokomotiv”ə keçən Alfa Konte komandanın heyətində 13 oyunda 3 qol vurub.