İdman 15:09 30.11.2023

Millimiz FİFA reytinqində altı pillə irəlilədi

FİFA ölkələrin reytinqini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, millimiz ötən ayla müqayisədə altı pillə irəliləyib və 114-cü mövqedə qərarlaşıb. Hazırda komandanın 1174.22 xalı var. Millimiz AVRO-2024-ün son iki matçında İsveçə Bakıda 3:0 hesabı ilə qalib gəlib, səfərdə isə Belçikaya böyük hesabla məğlub olub - 0:5.

Reytinqə son dünya çempionu Argentina yığması, 1855,20 xalla rəhbərlik edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) isə üçüncüdür

Belçika (1798,46) dördüncüdürsə, beşqat dünya çempionu Braziliya (1784,09) beşinci pilləyə düşüb.

AFFA-nın İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.

Səbuhi Həsənov