İdman 11:04 12.01.2024

Millimizə rəqib tapıldı - Tanzaniya, Monqolustan...

FIFA "FIFA series” adlanan yeni layihəyə start verir.

Qaynarinfo-nun məlumatına görə, yeni layihəyə əsasən, FIFA təqvimində olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan A milli komandaların iştirakı ilə mini turnir təşkil olunacaq. Müxtəlif qitələrdə mini turnir formatında təşkil olunacaq və dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin mart ayında Bakıda keçirilməsi nəzərdə tutulub. Avropadan ölkəmizlə yanaşı Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. 

AFFA-dan verilən açıqlamada FIFA-nın yeni layihəsini dəstəklədikləri və təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəkləri bildirilib. 

Səbuhi Həsənov