Azərbaycan millisinin üzvü Rafael Vilela karyerasını Belçika çempionu "Anderlext”də davam etdirəcək.
Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan açıqlam verilib. 30 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Vilela son mövsümü Rusiya təmsilçisi "Tümen”də keçirib.
"Anderlext”də Azərbaycan millisinin daha bir üzvü – Eduardo Borges də çıxış edir. Komanda mayda UEFA Çempionlar Liqasının "Dördlər finalı”nda iştirak edib. Növbəti dəfə Belçika çempionu olan "Anderlext” 2023-24-cü il mövsümündə də Çempionlar Liqasında Belçikanı təmsil edəcək.
Səbuhi Həsənov
Şərhlər