İdman 18:36 23.09.2022

Millimizin məşqçisi Türkiyə klubunda

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin köməkçi məşqçisi Emin Əbilov karyerasını Türkiyədə davam etdirəcək. 
 
Qaynarinfo-nun məlumatına görə Əbilov 2022/2023-cü il mövsümündə Sultanlar Liqasında mübarizə aparacaq "Sarıyer Belediyespor” klubu ilə anlaşıb.
 
Sözügedən klubda birinci köməkçi məşqçi kimi fəaliyyət göstərəcək mütəxəssislə 1 illik müqavilə imzalanıb. 
 
Səbuhi Həsənov