İdman 10:14 11.12.2023

Millinin Niderlanda gedəcək heyəti açıqlandı

Dünya çempionatının elit-raund mərhələsi çərçivəsində dekabrın 15-də Bakıda Rumıniya, 5 gün sonra səfərdə Niderland yığması ilə qarşılaşacaq.
 
Qaynarinfo-nun məlumatına görə, Azərbaycan millisinin dekabrın 11-dən 17-dək Bakıda, dekabrın 18-dən 20-dək isə Niderlandda təlim-məşq toplanışı olacaq. Baş məşqçi Vitali Borisov hazırlıq prosesinə 16 futzalçı dəvət edib:

Qapıçılar: Emin Kürdov ("Araz-Naxçıvan”), Rövşən Hüseynli ("Atırau” Qazaxıstan)
Oyunçular: Emil Həsənzadə, Xəzər Ağalızadə, Novruz Kazıxanov, Amaedu (hamısı "Araz-Naxçıvan”), Amir Şojaei, Fərid Atakişiyev, Ülvi Əliyev, Mirzə Əmirov (hamısı "Neftçi” İK), Tofiq Mikayılov, Oktay Rüstəmli, Nihad İsmayılov (hamısı "Baku Fire”), Rafael Vilela (RSC Andelext, Belçika), Hadi Ahmedi ("Aktobe”, Qazaxıstan), Felipinyo ("Kancil”, İndoneziya)
 
Oyunların təqvimi

20.00. Azərbaycan – Rumıniya

Hakimlər: Damian Grabovski, Slavomir Steczko, Monika Czudzinovicz (Hamısı Polşa)
Hakim-inspektor: Gjergji Bitri (Malta)
UEFA nümayəndəsi: Someon Tsolakidis (Yunanıstan)
15 dekabr. Bakı İdman Sarayı

21.30. Niderland – Azərbaycan
 
Hakimlər: Dominikas Norkus, Mantas Pomeckis, İrmantas Kapraşovas (Hamısı Litva)
Hakim-inspektor: Karel Heniç (Çexiya)
UEFA nümayəndəsi: Fabrizio Di Feliçe (İtaliya)
20 dekabr. Almere. Topsportcentrum.
 
Səbuhi Həsənov