Dünya 18:06 28.03.2023

Miqrantlar üçün mərkəzdə yanğın: 39 ölü, onlarla yaralı var (FOTO)

Meksikanın Syudad-Xuares şəhərində çərşənbə axşamı, martın 28-də Milli Miqrasiya İnstitutunda yanğın baş verib. Ən azı 39 nəfər ölüb, 29 nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN institut nümayəndəsinin bəyanatına istinadən məlumat yayıb.

Syudad-Xuares şəhəri ABŞ sərhədi yaxınlığında yerləşir və ABŞ-a daxil olan miqrantlar üçün məşhur keçid məntəqəsidir. CNN-in məlumatına görə, yanğın təxminən 71 miqrantın şəhərin küçələrindən yığıb mərkəzə aparıldıqdan sonra baş verib. Yanğının səbəbi barədə məlumat verilmir. Hadisə yerinə həkimlər, yanğınsöndürənlər və meyit daşıyan furqonlar gəlib.

KİV-in məlumatına görə, Meksikanın baş prokuroru araşdırmaya başlayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir.

Nizami Bağırov