Siyasət 09:39 01.12.2022

MN: "Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb"

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 30-u saat 22:35-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil".

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.