Dünya 13:51 17.12.2023

Moldova neft və qaz yataqlarını milliləşdirir

Moldova hökuməti respublikanın cənubundakı kəndlərdə neft və qaz yataqlarını milliləşdirir. 

Qaynarinfo xəbər verir ki, müvafiq qanun ölkə parlamenti tərəfindən iki oxunuşda qəbul edilib.

"Parlament ölkənin cənubunda təbii qaz və xam neft yataqlarının istismarı üçün nəzərdə tutulan aktivləri hökumətin nəzarətə götürməsi ilə bağlı qanun layihəsini qəbul edib. Qanun layihəsi birinci və ikinci oxunuşda qəbul edilib", deyə "RİA Novosti" Qanunvericilik Assambleyasının mətbuat xidmətinə istinadən yazıb.

Söhbət Moldovanın Cahul rayonunun Valeni kəndində və Kantemir rayonunun Viktorovka kəndindəki neft mədənlərindən gedir. Milliləşdirmə qərarı yataqların işlənməsi üçün lisenziyaya malik olan "Redeco" və "Valiexchimp" şirkətlərinin fəaliyyətində bir sıra problemlər aşkar edildikdən sonra qəbul edilib. Hakimiyyət xüsusi mülkiyyətçilərin hərəkətlərini səmərəsiz hesab edib.

Milliləşdirmədən sonra yataqların işlənməsini Moldova Hidrogeoloji Ekspedisiyası "EHGeoM" dövlət şirkəti həyata keçirəcək və resursların idarə edilməsinə İctimai Əmlak Agentliyi cavabdeh olacaq.

Aydın