Moldova prezidenti Maya Sandu Dnestryanı münaqişəni şərh edərkən bildirib ki, Ukraynanın Rusiya Federasiyası ilə müharibədə qələbəsindən sonra onun həlli üçün geosiyasi imkanlar yarana bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Sandu France24 telekanalına müsahibəsində
bildirib.
O ümid edir ki, Moldova bu münaqişəni sülh yolu ilə həll edə və Aİ-yə daxil ola bilər.
"Biz inanırıq ki, Ukrayna müharibədə qalib gələndə Dnestryanı münaqişənin həlli üçün geosiyasi imkan yarana bilər. Amma sülh yolu şərti ilə. Bu arada biz bu geosiyasi fürsətə hazırlaşırıq", - Moldova prezidenti qeyd edib.
O, Moldovanı da qoruyan Ukrayna ordusuna da təşəkkür edib.
Nizami Bağırov
Şərhlər