Moldovanın ilk prezidenti Mirça Snequr 82 yaşında ağır xəstəlikdən vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Moldova baş nazirinin keçmiş müavini Konstantin Tampiza məlumat verib.
"Kədərlidir qardaşlar, kədərli... Sentyabrın 13-də saat 23.30-da Moldova Respublikasının sabiq prezidenti Mirça Snequr sağalmaz xəstəlikdən vəfat etdi”, dseyə Konstantin Tampiza bildirib.
Mirça Snequr 1990-1996-cı illərdə Moldovanın prezidenti olub. O, prezidentlikdən əvvəl kənd təsərrüfatı sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.
1996-cı il seçkilərində Mirça Snequr Petru Luçinçiyə uduzub. Seçkilərdən sonra o, "Moldova Demokratik Konvensiyası” blokunun tərkibində "Moldova Dirçəliş və Razılıq Partiyası”nın sədri seçilib.
Aydın
Şərhlər