Dünya 13:10 24.01.2024

Moldovanın XİN başçısı istefa verdi, yeni nazir təyin edildi (YENİLƏNİB)

Moldovanın yeni xarici işlər naziri vəzifəsinə parlament sədrinin müavini Mixay Popşoy təyin edilib.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Moldovanın baş naziri Dorin Reçan bildirib.

O, əvvəllər parlamentin Avrointeqrasiya və xarici siyasət Komissiyasının üzvü olub.

11.42
 
Niku Popesku baş nazirin müavini və ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsindən istefa verib.

Qaynarinfo xəbər verir ki, nazir bu barədə brifinqdə bildirib.

Diplomat qeyd edib ki, 2,5 il ərzində Xarici İşlər Nazirliyi bir çox yaxşı işlər görməyə nail olub.

Bir müddət əvvəl bir sıra KİV-lər, o cümlədən deschide.md portalı Moldova Nazirlər Kabinetində gözlənilən dəyişikliklər barədə məlumat yayıb. Xüsusilə, Popeskunun xarici işlər naziri postunu tərk edərək Avropa İttifaqı ilə danışıqların baş iştirakçısı olacağı iddia edilirdi.

Jurnalistlər Popeskunun Moldova Xarici İşlər Nazirliyində yerini parlament sədrinin müavini Mixay Popsoi tutacağını qeyd ediblər. Lakin bu şayiələri respublikanın prezident administrasiyasının rəhbəri Adrian Balutal təkzib edib.

Keçən iyulda Moldovanın xarici işlər naziri Niku Popesku bəyan etmişdi ki, ölkə tanınmamış Dnestryanı əraziyə nəzarət etmədən Avropa İttifaqına üzv olmağa hazırdır. Eyni zamanda, onun sözlərinə görə, Kişinyov avropalı tərəfdaşları ilə birlikdə Dnestryanı ilə bağlı vəziyyətin sülh yolu ilə nizamlanmasını istəyir.

Aydın