Dünya 19:29 12.12.2023

Moskva hava limanında sərnişinlərlə dolu təyyarə qar topasının altında qaldı

Moskvanın Vnukovo hava limanında göyərtəsində sərnişinlərin olduğu "Yak-40” təyyarəsi qar topasının altında qalıb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki,  Voloqda aviasiya şirkətinə məxsus təyyarə Moskvadan Voloqdaya uçmalı imiş. O, uçuşa hazırlaşarkən uçuş-enmə zolağından çıxıb və qar topasına girib.

Qeyd edək ki, fövqəladə vəziyyətə görə təyyarənin uçuşu altı saat gecikib. Nəticədə bəzi sərnişinlər Voloqdaya qatar və ya avtobusla getməyə qərar veriblər.