Dünya 12:52 31.08.2023

Moskva hava limanlarında uçuşlar kütləvi şəkildə təxirə salınıb

Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo hava limanlarında 40-dan çox reys gecikib və ləğv edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Yandex-Cədvəl”in məlumatına görə, Moskva vaxtı ilə saat 6:44-də Vnukovoda 14 reys gecikib, üç reys ləğv edilib. Domodedovoda isə 16 reys gecikib, biri ləğv edilib, Şeremetyevoda səkkiz reysin gecikdiyi qeydə alınıb.

Səbəbləri məlum deyil.

Bundan əvvəl, avqustun 30-na keçən gecə Moskvanın üç hava limanında hava məkanının müvəqqəti bağlanması və pilotsuz təyyarələrin hücumu təhlükəsi ilə əlaqədar "Xalça” rejiminin tətbiqi səbəbindən bir neçə reys təxirə salınmışdı.

Bütün məhdudiyyətlər Moskva vaxtı ilə saat 9:02-də ləğv edilib.

Alpər