Dünya 13:33 22.10.2023

Moskvada 20 il gizlənən 30 nəfəri qətlə yetirən dəstə üzvləri saxlanıldı

20 ildir gizlənən və 30-a yaxın insan qətliamına görə məsuliyyət daşıyan "Severskie" dəstəsinin üzvləri Moskva vilayətində yaxalanıb. 

Qaynarinfo xəbər verir ki, "RİA Novosti" bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İdarəsinin əməkdaşlarına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, cinayətkar qruplaşmada təxminən 18 nəfər olub. Dəstə üzvləri fəaliyyət göstərdikləri 20 ildən artıq müddətdə Moskva, Kostroma, Vladimir və Yaroslavl vilayətlərində onlarla insan qırğınları törədiblər.

Hazırda 7 cinayətkar həbs edilib. Mütəşəkkil cinayətkar qrupun bəzi üzvləri ifadə verməkdən imtina edirlər.

Bildirilir ki, dəstədə 46-ya yaxın tapança və pulemyot, onlar üçün 6 min sursat, 5 RPG-18 tank əleyhinə qumbaraatan və parçalayıcı qumbaraatan olub. Cinayətkarların arsenalında partlayıcı və partlayıcı qurğular da var.

Aydın