Video 16:12 14.11.2023

Moskvada azərbaycanlı həbs edildi – Onu qətlə cəhdə ittiham edirlər (VİDEO)

Rusiyanın paytaxtı Moskva şəhərində ticarət mərkəzlərinin birində atəş açan azərbaycanlı həbs edilib.
 
Qaynarinfo-nun məlumatına görə, hadisə oktyabr ayının 18-də səhər saatlarında Moskvanın Şərqi Biryulyovo ərzində yerləşən ticarət mərkəzlərinin birində baş verib. Belə ki, ticarət mərkəzinin girişində biri qadın olmaqla, 3 nəfər arasında mübahisə yaranıb. Nəticədə, adı açıqlanmayan 1987-ci il təvəllüdlü Azərbaycan vətəndaşı "Makarov" markalı tapançadan 3 dəfə atəş açıb. 1995-ci il təvəllüdlü bir nəfər bədənin müxtəlif yerindən güllə yarası alıb. 

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu və 105-ci maddəsi (Qətlə cəhd -red.) ilə cinayət işi açılıb. İstintaq Komitəsinin açıqlamasında deyilib ki, əsas təqsirləndirilən şəxs 1987-ci il təvəllüdlü Azərbaycan vətəndaşı hadisəni  içkili vəziyyətdə törədib. O, artıq məhkəmənin qərarı ilə həbs edilib.
 
Aydın