Video 10:29 15.02.2024

Moskvada genişmiqyaslı yanğın: "İzvestiya Hall" yanır (VİDEO)

Moskvanın mərkəzində "İzvestiya Hall”ın binası yanır, içindəki metal günbəz dağılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rg.ru yazıb.

Puşkinskayadakı "İzvestiya Hall”ın inzibati binasında baş verən yanğının sahəsi artıq 1500 kvadratmetri keçib. "İzvestiya"nın redaksiyası da əvvəllər bu binada yerləşib.

Yanğın yenidənqurma işləri aparılan binada baş verib. Binada qaz balonları ola bilər.

Yanğın çox güman ki, həyətdəki iki binanı əhatə edib və beş kateqoriyadan üçüncüyə aid edilib. 

Təcili yardım xidmətlərinin işi ilə əlaqədar küçənin 3 zolağı bağlanıb. Bundan başqa, metronun "Puşkinskaya” stansiyasının iki çıxışı işləmir.

Alpər