İdman 16:04 23.10.2023

Mourinyo bu hərəkəti ilə yenə gündəmdə (VİDEO)

"Roma"nın baş məşqçisi Joze Mourinyo yenə hərəkəti ilə gündəmə gəlib.

Qaynarinfo-nun məlumatına görə, mütəxəssis rəqib baş məşqçiyə atmacasına görə qırmızı vərəqə ilə cəzalandırılıb. 

İtaliya A Seriyasının doqquzuncu turu çərçivəsində Paytaxt klubu "Monza" ilə qarşılaşıb. Portuqaliyalı mütəxəssis matçın 90+10-cu dəqiqəsində rəqib baş məşqçi Raffael Palladinoya atmaca atıb. O, həmkarına "ağlama" jesti edib. O, məhz bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. 

Görüşün 90-cı dəqiqəsində Stefan El Şaaravinin vurduğu qolla  Mourinyonun rəhbərlik etdiyi komanda rəqibini 1:0 hesabı ilə məğlub edib. 


Səbuhi Həsənov