İdman 23:09 11.04.2023

Mourinyo Kassanonun cavabını verdi: "Madriddə gödəkçəsi ilə yadda qalıb..."

Keçmiş italyan futbolçu Antonio Kassano ilə hazırda "Roma”nı çalışdıran Joze Mourinyo arasında mübahisə yaranıb.

Qaynarinfo-nun məlumatına görə, Kassano "Bobo TV”yə verdiyi müsahibədə Mourinyonu tənqid edib. O, portuqaliyalı mütəxəssisin artıq futbola əhəmiyyət vermədiyini, işinin ancaq göstərişlər verməkdən ibarət olduğunu deyib.

Portuqaliyalı məşqçinin cavabı da gecikməyib. O, 29-cu tur çərçivəsində səfərdə "Torino”nu 1:0 hesabı ilə məğlub etdikləri qarşılaşamadan sonra keçirilən mətbuat konfransında sabiq futbolçu ilə bağlı bunları söyləyib:

"Kassano əvvəllər "Roma", "Real” və "İnter"də çıxış edib. O, "Roma”da heç vaxt oynamadan Super Kuboku qazanıb, Madriddə gödəkçəsi ilə yadda qalıb. "İnter"də isə heç Lombardiya Kubokunu belə qazanmayıb. Mən nə etdiyimi bilirəm. "İnter", "Real” və "Roma"da qalib gəldim. Bilirsiniz, onun mənimlə problemi ola bilər. Mənim onunla problemim yoxdur".

Səbuhi Həsənov