İdman 11:26 06.05.2022

Mourinyo tarixə düşdü

"Roma"nın baş məşqçisi Joze Mourinyo tarixə düşüb.
 
Qaynarinfo xəbər verir ki, portuqaliyalı mütəxəssis avrokuboklar tarixində dörd fərqli komanda ilə finala çıxan ilk məşqçi ünvanına sahib çıxıb. İtaliya A Seriyasında ilk dördlükdən kənarda qalan və Avropa Konfrans Liqasında yoluna davam edən "Roma” yarımfinal mərhələsinin cavab oyununda "Lester"lə qarşılaşıb.

İngiltərədə keçirilən ilk matçda rəqibi ilə 1:1 bərabərə qalan İtaliya klubu, cavab qarşılaşmasında Tammi Abrahamın qolu ilə 1-0 hesablı qələbə qazanaraq adını finala yazdırıb. 
 
Portuqaliyalı çalışdırıcı buna qədər "Porto” və "İnter”lə Çempionlar Liqasının finalına yüksəlib. Mourinyo "Portu” ilə UEFA kubokunun finalında da çıxış edib.

Komandasını bu mövsüm ilk dəfə keçirilən UEFA Avropa Konfrans Liqasında da finala çıxaran Mourinyo "Feyenoord"u məğlub etsə, klub karyerasında altıncı dəfə avrokubok tituluna yiyələnəcək.
 
Səbuhi Həsənov