Ölkə 21:41 28.02.2024

Müdafiə Nazirliyi o video ilə bağlı məlumat yaydı

"Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya bugün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar”.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirlib.

Qeyd olunur ki, təqdim olunan videonun  metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş video görüntülərin bugünkü hadisə ilə heç bir əlaqəsi yoxdur.