Ekonomiks 21:31 09.12.2023

Müəllimlərin vəzifə maaşlarına əlavələr edildi

Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib.

Bu barədə Qaynarinfo-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş 5 246 müəllimin vəzifə maaşına 35 faiz, 17 914 müəllimə isə 10 faiz artım tətbiq olunub.