Sənət 11:11 11.11.2020

“Müharibədə Şopen prelüdləri” şeirinin müəllifi RAFİQ TAĞIYA

QARDAŞXAN

Noyabr Böyük Qələbə və... Rafiq Tağı ayıdır. İnanırıq ki, bir gün unudulmaz yazarla bağlı da Qarabağ möcüzəsi baş verəcək,– bu qətlin üstü açılacaq, el-obasından "məcburi köçkün” düşmüş Rafiqin ruhu öz doğma yurd-yuvasına "qayıdacaq”.

Suqovuşana 
su kimi qovuşdum, ana!
Bu neçə on ili hardaydım deyim
bu bir neçə günə qovuşduğuma?

Suyla qovuşanı od ayıramamış,
Oda qovuşanı su ayırarmış.
Odlar yurdu odla su arasında
od-alov içində oda tapınmış...

Qarabağla ayrılıq anılarında
Şopen prelüdləri
ölümsüz faciələrdə
yaşatdı ümidləri.