Ekonomiks 17:20 24.01.2023

Müştəri “Araz”ın arabalarını oğurladı

Bakıda müştəri marketdən araba oğurlayıb.

Qaynarinfo-nun məlumatına görə, hadisə Nərimanov rayonu, Qarabağ 30 ünvanında yerləşən "Araz” Supermarketində baş verib. 

Belə ki, Tariyel (şərti) marketə məxsus 4 ədəd müştəri arabasını götürürərək, 2-sini satıb, digər 2 arabanı isə marketə geri qaytarıb. O, "Araz" Supermarketə ümumilikdə 450 manat marketə ziyan vurub.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 160 saat ictimai işlərə cəlb olunub.

Əhməd