İdman 18:50 25.03.2023

Naqlesmann "Bavariya"dan sevgilisinə görə qovulub?

"Bavariya"da uzunmüddətli planların mühüm tərkib hissəsi olan alman çalışdırıcı Yulian Naqelsmanın gözlənilmədən vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri ilə bağlı ortaya maraqlı iddia atılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hər şeyin Naqelsmanın "Bild" nəşrinin müxbiri Lena Vürzenberqerlə ilk dəfə görüşdüyü zamandan başladığı bildirilir. Mütəxəssisin istefasından sonra məşqçinin jurnalist sevgilisinə görə komandada inam problemi yarandığı iddia edilir.

"Bavariya”nın və Almaniya millisinin sabiq müdafiəçisi Markus Babbel "Blick"ə açıqlamasında "Mən bilirəm ki, Naqelsmannın "Bild"in müxbiri ilə münasibəti soyunub-geyinmə otağında böyük problemdir. Onun yanında olmaq məşqçi üçün yaxşı deyildi. Sevgilisi "Bavariya" üçün böyük problem idi. Bəzi oyunçular artıq düşündüklərini çatdıra bilmədiklərinə görə inamsızlıq yarandı, çünki onlar hər şeyin qəzetlərdə olacağından qorxdular" - sözlərini deyib.

Naqelsman Vürzenberqerlə tanış olduqdan sonra 15 illik həyat yoldaşı Verenadan ayrılıb. O, "Bavariya"dan qovulduğunu 30 yaşlı sevgilisi ilə Avstriyada xizək sürərkən öyrənib.

Naqelsmanın komandası bu mövsüm Bundesliqada "Borussiya"dan (Dortmund) sonra ikinci pilləni tuturudu. Milli komandaların beynəlxalq oyunları ilə bağlı fasilədən sonra "Bavariya" yeni məşqçi Tomas Tuxelin rəhbərliyi altında ilk matçını məhz "Borussiya"ya qarşı keçirəcək.

Səbuhi Həsənov