Dünya 17:39 18.07.2022

Narışkin Paşinyanla görüşdü: Hansı məsələlər müzakirə edilib? (YENİLƏNİB)

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin İrəvanda Baş nazir Nikol Paşinyanla görüşüb.

Qaynarinfo "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Ofisi məlumat yayıb.

Görüşdə Cənubi Qafqazdakı vəziyyət, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

16.15
 
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bu gün İrəvana səfər edəcək.

Qaynarinfo xəbər verir ki, "Armenian News-NEWS.am”ın mənbələrinin məlumatına görə, Narışkin Ermənistanın ali rəhbərliyinin nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns ötən həftə Ermənistana elan olunmamış səfər edib.

Nizami Bağırov