NATO ölkələri Yens Stoltenberqin Alyansın baş katibi vəzifəsinə mandatının daha bir il uzadılmasını təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Norveçin VG nəşri məlumat
yayıb.
Bundan əvvəl Stoltenberq mandatını yeniləməyə "çalışmadığını” bildirib.
Stoltenberq 2014-cü il oktyabrın 1-dən baş katib postunu tutur. Onun bu vəzifədəki mandatı 2022-ci il oktyabrın 1-də başa çatıb, lakin 2022-ci ilin martında Alyans ölkələrinin liderləri sammit zamanı onun mandatının 2023-cü il sentyabrın 30-dək uzadılması barədə qərar qəbul ediblər.
Siyasətçi 2000-2001-ci illərdə və 2005-2013 Norveçin baş naziri vəzifəsini icra edib. Onun atası da əvvəllər ölkənin xarici işlər naziri və müdafiə naziri vəzifələrində çalışıb.
Aydın
Şərhlər