Brüssel NATO-nun Baltikyanı ölkələrdə hava məkanını mühafizə missiyasının mandatına yenidən baxmağı və onu polisdən döyüşə qüvvələrinə çevirməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
"Biz quru, dəniz və hava qüvvələrini gücləndirəcəyik. Üzv ölkələrin Hərbi Hava Qüvvələri tərəfindən verilən mandata yenidən baxılacaq və hava polisi statusundan döyüş qvvələrinə çevriləcək”, deyə NATO-nun baş katibi bildirib.
Hava polisi Baltikyanı ölkələr üzərində səmaya nəzarət edir, bu, hərbi missiya hesab olunur. Döyüş mandatı ilə Alyansın döyüşçüləri yeni səlahiyyətlər alacaqlar. Böhran vəziyyətində döyüşçülər döyüş əməliyyatlarında iştirak edə biləcək, onlar Litvanın müdafiə planlarına inteqrasiya olunacaqlar.
Bundan əvvəl Yens Stoltenberq bildirmişdi ki, Ukrayna Rusiya ilə münaqişədə qalib gəlməsə, onun NATO-ya üzvlüyündən söhbət gedə bilməz. Eyni zamanda, Şimali Atlantika Alyansının baş katibi qeyd edib ki, Ukrayna qələbə çalana qədər Alyansa daxil olması müzakirə olunmayacaq.
Aydın
Şərhlər