Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, NATO müttəfiqləri alyans liderlərinin bu ilin iyulunda keçiriləcək sammitinə qədər Ukrayna üçün təhlükəsizlik təminatları üzərində işi başa çatdırmalıdırlar.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Bloomberg"ə müsahibəsində
bildirib.
Sunak Ukraynanın NATO-ya qoşulması ideyasını dəstəkləyib, lakin israr edir ki, bundan əvvəl ölkənin təhlükəsizliyini təmin edəcək plan hazırlanmalıdır.
"Biz gələcək haqqında, Ukraynanın təhlükəsizliyini necə qoruyacağımız haqqında düşünməliyik. Bu, bizim başlamalı olduğumuz söhbətdir, çünki Vilnüs sammiti onu bitirmək üçün yaxşı yerdir”.
Xatırladaq ki, NATO-nun növbəti sammiti iyulun 11 və 12-də Litvanın paytaxtı Vilnüsdə baş tutacaq.
Nizami Bağırov
Şərhlər