NATO Polşanın Rzeşov şəhərində yeni obyekt tikməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə Kanada və Polşa rəsmilərinə istinadən "Globe and Mail” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Rzeşovda təmir-logistika mərkəzi və irimiqyaslı hərbi baza tikiləcək. Eyni zamanda, Kanada hərbçiləri ailələri ilə birlikdə uzun müddət orada olmayacaqlar.
"Biz xidmət mərkəzi yaratmaq üçün ABŞ və Böyük Britaniya ilə əməkdaşlıq edirik. Orada Kanadanın əhəmiyyətli iştirakını yaratmaq niyyəti yoxdur”, bəyanatda deyilir.
Aydın
Şərhlər