Dünya 18:48 28.11.2023

NATO Ukraynaya daha sadə üzvlük planı təklif edə bilər

NATO Ukraynaya üzvlük planından daha sadə proqram təklif edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Euractiv" nəşri mənbələrə istinadən yazır.

Nəşrin yazdığına görə, söhbət daha yumşaq və daha qısa illik milli proqramdan gedir.

"Xarici işlər nazirləri Kiyev tərəfindən hazırlanmış və NATO-ya üzv olmağa hazır olmaq üçün zəruri hesab etdiyi islahatları özündə əks etdirən illik milli proqram layihəsini dəstəkləyəcəklər", deyə nəşr bildirib.

Qeyd olunur ki, bu proqrama dair tələblər Alyansa Üzvlük Fəaliyyət Planı (MAP) ilə müqayisədə daha az sərtdir. Proqramda həyata keçiriləcək bəndlərin siyahısı deyil, prioritet sahələrin siyahısı var. Bu yolla Ukrayna növbəti Alyans sammitinə qədər öz nailiyyətlərini daha rahat nümayiş etdirə biləcək.

Aydın