Ölkə 23:53 13.02.2023

Naxçıvanda ekoloji monitorinq aparıldı

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq monitorinqlər davam etdirilir.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, növbəti monitorinq Şahbuz rayonunun Mərəlik, Daylaqlı, Türkeş və Kiçikoba kəndləri ərazisində keçirilib.

Monitorinq zamanı adları çəkilən ərazilərdə ətraf mühitin mövcud vəziyyəti, antropogen təsir imkanları öyrənilib, yaşıllıq sahələrində aqrotexniki qulluq işlərinin aparılması vəziyyəti qiymətləndirilib. Mövcud sututarlarda, içməli və çay sularında ilkin analizlər aparılıb və su nümunələri götürülüb. Keçirilən monitorinqlər zamanı bəzi çatışmazlıqlar aşkar edilib, bu çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.