Ölkə 10:02 16.11.2021

Nazir baş leytenanta yeni vəzifə verdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Qaynarinfo-nun oxu.az-a istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) Cinayət Axtarış Bölməsinin rəisi, polis baş leytenantı Qafar Şərifov vəzifəsindən azad olunaraq, Səbail Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin rəis müavini təyin edilib.