Ekonomiks 16:05 23.02.2024

Nazir bu dəfə "Atəşgah"ın baş direktorunu vəzifəyə təyin etdi (FOTO)

"Atəşgah" Sığorta Şirkəti ASC-nin baş direktoru Elvin Əliyev vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun məlumatına görə, Əliyev Elvin Mir İsmayıl oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri təyin edilib. 

Bununla bağlı nazir Sahil Babayev müvafiq əmr imzalayıb. 
 

Qeyd edək ki, Sahil Babayev bir neçə gün əvvəl 2017-2022-ci illərdə "Atəşgah" Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsində çalışmış Azər Əliyevi Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyəti sədrinə yeni müavin təyin edib.

Əhməd