Ölkə 11:52 13.08.2023

Nazir generalı işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Mərdan oğlu Abbasov işdən çıxarılıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə nazir, general-polkovnik Kəmalədin Heydərov əmr imzalayıb. 

Hikmət Abbasov iki ay əvvəl general-mayor Fizuli Əaədovun yerinə təyin edilmişdi.

Qeyd edək ki, bu barədə ilk xəbəri "Qafqazinfo" yayıb.

 
Əhməd