Ölkə 16:00 04.09.2023

Nazir generalın yerinə təyinat etdi (FOTO)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafızə Xidmətininə yeni rəis təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət polkovniki Asif Eltufat oğlu Məmmədli rəis təyin olunub. 
 


Asif Məmmədov 2 iyul 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Ali Hərbi Dənizçilik Akademiyasını və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Akademiyasını bitirib. Ailəlidir, 2 övladı var.

Bundan əvvəl sözügedən qurumun rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Qeyd edək ki, Asif Məmmədlinin təyinatı barədə ilk xəbəri manset.az saytı yayıb.

Əhməd